Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial ADY vətəndaşlara müraciət etdi
sosial

ADY vətəndaşlara müraciət etdi

15-08-2025 19:00 25 Views
IMG

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) “Bakı Metropoliteni” QSC-nin tunel tikintisi ilə bağlı vətəndaşlara müraciət edib.

 

Tvit.az xəbər verir ki, müraciətdə deyilir:


"Daha əvvəl məlumat verildiyi kimi, aparılan tikinti işləri ilə əlaqədar olaraq 18 avqustdan Bakı Dəmiryol Vağzalının sərnişinlər üçün qarşılama və yola salma xidməti göstərən avtomobil parklanma sahəsi müvəqqəti olaraq fəaliyyət göstərməyəcək. Qeyd olunan tarixdən etibarən ADY-nin sərnişinləri vağzalın ətrafında, Xətai prospekti və Mirəli Qaşqay küçəsinin kəsişməsində yerləşən “Azparkinq” dayanacaqlarından istifadə edə bilərlər".