Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Rusiya "Telegram" və "Amazon"u cərimələdi
dünya

Rusiya "Telegram" və "Amazon"u cərimələdi

09-09-2025 21:00 39 Просмотров
IMG

Rusiya "Telegram" və "Amazon"-u qadağan olunmuş məlumatı silmədiklərinə görə cərimələyib.

Tvit.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata əsasən, hər biri 3,5 milyon rubl məbləğində cərimələnib. 

"Telegram silinməyən məlumatlara görə – yalan məlumat, LGBT təbliğatına dair elanlar, alkoqolun məsafədən satışı, azyaşlıların həyat və sağlamlıq üçün təhlükəli qanunsuz hərəkətlərə cəlb olunması – cərimələnib. Telegram-a tətbiq olunmuş ümumi cərimə məbləği 109 milyon rubla çatıb”, – məlumatda bildirilib.

Amazon isə ekstremist materialları silmədiyinə görə cərimələnib. Qurumun məlumatına görə, Amazon-a təyin olunmuş ümumi cərimə məbləği 9,5 milyon rubl təşkil edir.

Aysel Şirinova