Rusiya XİN rəhbəri Sergey Lavrov ilə ABŞ dövlət katibi Marko Rubio arasında görüşün BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində keçirilməsi planlaşdırılır.
Tvit.az xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya məlumat verib.
“Gözlənilir ki, 2021-ci ildən bəri ilk dəfə olaraq Lavrovun ABŞ dövlət katibi ilə görüşü baş tutsun”, – deyə o, müsahibəsində bildirib.
Aysel Şirinova