Azərbaycan Məkkə Konvensiyasına (İƏT çərçivəsində üzv ölkələr arasında korrupsiyaya qarşı mübarizəni və hüquq-mühafizə orqanlarının qarşılıqlı əməkdaşlığını tənzimləyən strateji və vahid beynəlxalq hüquqi platformadır) qoşulub.
Tvit.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimli deyib.
O bildirib ki, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin Üçüncü Yüksəksəviyyəli Görüşünün Bürosuna iki il müddətinə yekdilliklə sədr seçilib:
"Bu da bizə imkan verəcək ki, partiyonlarımızla - korrupsiya qarşı mübarizə aparan orqanlarla əməkdaşlığı daha da gücləndirək və cəmiyyətimizdə bu bəlanın məhvini təmin edək. Həmçinin Azərbaycan "İƏT üzv dövlətlərinin korrupsiyaya qarşı mübarizə üzrə hüquq mühafizə əməkdaşlığı haqqında Məkkə Əl-Mükərrəmə Konvensiyası"na qoşulub. Bu konvensiya korrupsiyaya qarşı mübarizə aparan hüquq mühafizə orqanları, beynəlxalq qurumların əməkdaşları üçün bir hüquqi çərçivə yaradır. Aktivlərin müəyyən olunması, onların konfiskasiyası, müsadirə edilməsi eləcə də bərpasına imkan yaradır".