BMT ekspertlərinin yeni hesabatında bildirilir ki, İranda 2025-ci ilin ilk doqquz ayında 1000-dən çox insan edam edilib.
Tvit.az “Azad İran”a istinadən xəbər verir ki, bu rəqəm kəskin artım olmaqla yanaşı, miqyası və tezliyi baxımından “kütləvi edamlar” kimi xarakterizə olunur.
Hesabatda vurğulanır ki, son həftələrdə İranda gündə orta hesabla doqquz nəfərin asılması baş verir. Ekspertlər bunu yaşamaq hüququnun açıq şəkildə pozulması və beynəlxalq insan haqlarının ciddi şəkildə tapdanması kimi qiymətləndiriblər.
BMT beynəlxalq ictimaiyyəti bu prosesə səssiz qalmamağa çağırıb.
Edam edilənlərin əksəriyyəti narkotik qaçaqmalçılığı və qətl ittihamları üzrə hökm çıxarılan şəxslər olub. Onların arasında təhlükəsizliklə bağlı ittiham olunanlar da var.
Elmin Alışov