Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Qətər: Türkiyə də Qəzzada atəşkəs danışıqlarında iştirak edəcək
dünya

Qətər: Türkiyə də Qəzzada atəşkəs danışıqlarında iştirak edəcək

30-09-2025 17:00 243 Просмотров
IMG

Qətər ABŞ və Misirin vasitəçiliyi ilə Həmasla İsrail arasında davam edən Qəzza zolağında atəşkəs danışıqlarında Türkiyənin də iştirak edəcəyini açıqlayıb.


Tvit.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Qətər xarici işlər nazirliyinin sözçüsü Məcid əl-Ənsari deyib.


“Müharibənin bitməsi üçün Qətər, Misir və Türkiyənin səyləri kollektiv və koordinasiyalı şəkildə həyata keçiriləcək”,- deyə sözçü bildirib.


Elmin Alışov