Qətər ABŞ və Misirin vasitəçiliyi ilə Həmasla İsrail arasında davam edən Qəzza zolağında atəşkəs danışıqlarında Türkiyənin də iştirak edəcəyini açıqlayıb.
Tvit.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Qətər xarici işlər nazirliyinin sözçüsü Məcid əl-Ənsari deyib.
“Müharibənin bitməsi üçün Qətər, Misir və Türkiyənin səyləri kollektiv və koordinasiyalı şəkildə həyata keçiriləcək”,- deyə sözçü bildirib.
Elmin Alışov