Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Küveyt İran səfirinə etiraz notası təqdim edib
dünya

Küveyt İran səfirinə etiraz notası təqdim edib

29-10-2026 16:00 19 Просмотров
IMG

Küveyt Xarici İşlər Nazirliyi İranın ölkədəki səfirini çağıraraq ona rəsmi etiraz notası təqdim edib.

 

Tvit.az-ın məlumatına görə, buna səbəb İranın Küveytdəki səfirliyinin casusluq işi ilə bağlı yaydığı bəyanat olub.

Küveyt XİN İran diplomatik nümayəndəliyinin mövqeyini qətiyyətlə pisləyərək, bunu ölkənin daxili işlərinə müdaxilə və məhkəmə sisteminin müstəqilliyinə qəsd kimi qiymətləndirib.

Qeyd edək ki, bundan əvvəl İranın Küveytdəki səfirliyi ölkənin cinayət məhkəməsinin üç nəfər, o cümlədən bir İran vətəndaşı barəsində çıxardığı ölüm hökmünü tənqid edib.

Həmin şəxslər İranın xeyrinə casusluq etməkdə və bir sıra yüksəkvəzifəli şəxslərə, o cümlədən Küveytin daxili işlər nazirinə qarşı sui-qəsd hazırlamaqda təqsirli biliniblər.