Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница СПОРТ Baş məşqçidən tənqidlərə cavab
СПОРТ

Baş məşqçidən tənqidlərə cavab

29-10-2026 20:00 18 Просмотров
IMG

“Mançester Yunayted”in baş məşqçisi Maykl Karrik komandanın uğursuz nəticələrindən sonra yaranan müzakirələrə münasibət bildirib.

"Tvit.az" xəbər verir ki, "Yahoo Sports" nəşrinin məlumatına görə, mütəxəssis bu barədə mətbuat konfransında danışıb.

"Ətrafımızdakı səs-küyə gəlincə, düzü, mən bunu hiss etmirəm. Yalnız görməli olduğum şeylərə diqqət yetirirəm. Xüsusi olaraq heç nə axtarmıram. Mənim üçün azarkeşlərin nə düşündüyü, stadionda hansı atmosferin olduğu vacibdir. Onlara nə təqdim etdiyimiz və meydanda nə göstərdiyimiz önəmlidir. Qalan məsələlərə diqqət yetirmirəm. Kənardan məsləhətlərə ehtiyacım yoxdur. Mənim üçün stadionda baş verənlər, insanların oyunlara gəlməsi, azarkeşlərə nə təklif etdiyimiz və meydanda necə çıxış etdiyimiz vacibdir".

Qeyd edək ki, hazırda “Mançester Yunayted” İngiltərə Premyer Liqasının turnir cədvəlində 16-cı pillədə qərarlaşıb