Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı yeni qayda
sosial

Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı yeni qayda

05-11-2026 12:00 14 Просмотров
IMG

Yanacaq məhsullarının markalanması və izlənilməsi mexanizmi tətbiq olunacaq.

 

Tvit.az xəbər verir ki, sözügedən məsələ Vergi Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb.

 

Layihəyə əsasən, daxili istehsal və idxal olunan yanacaq məhsullarına tədarük, daşınma və satış mərhələlərində vergitutma və dövriyyə üzrə zəncirboyu nəzarətin təmin edilməsi məqsədilə, beynəlxalq təcrübəyə uyğun olaraq yanacaq məhsullarının markalanması və izlənilməsi mexanizminin tətbiqi təklif olunur.

 

Belə ki, ölkə ərazisində istehsal edilən və ya ölkəyə idxal olunan kimyəvi nişanlama ilə nişanlanmalı olan malların siyahısı, onların ölkə ərazisində dövriyyəsinin tənzimlənməsi, həmçinin kimyəvi nişanlamanın tətbiqi, satışı və uçotunun aparılması qaydalarının Nazirlər Kabineti tərəfindən müəyyən edilməsi nəzərdə tutulur.

 

Sözügedən qaydalara görə Aİ-92 markalı benzin və dizel yanacağı növlərinin kimyəvi nişanlanması təklif edilir.