Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
sosial

Taksi sürücüləri üçün vergi qaydaları dəyişir

05-11-2026 13:00 14 Просмотров
IMG

Taksi sürücülərinin gəlirlərindən sifariş operatorları vasitəsilə 1% sadələşdirilmiş vergi tutulması təklif olunur.

 

Tvit.az xəbər verir ki, sözügedən məsələ Vergi Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb.

 

Qeyd edilir ki, mövcud vəziyyətdə taksi fəaliyyəti üzrə sadələşdirilmiş vergi regionlar üzrə sabit məbləğlər əsasında, vergitutma obyekti kimi nəqliyyat vasitəsi götürülməklə ödənilir. Mövcud vəziyyətdə bu sektorda yüksək nağd dövriyyə payı və gəlirlərin tam bəyan edilməməsi riski bu sahədə uçot və inzibatçılıq baxımından çətinliklər yaradır. Eyni zamanda, mövcud vergitutma fəaliyyə­tin faktiki həcmini və əldə olunan gəliri nəzərə almadığından, əsas iş kimi tam zamanlı çalışan sürücülərlə əlavə gəlir məqsədilə məhdud müddətdə fəaliyyət göstərən şəxslərin eyni məbləğdə vergi ödəməsinə səbəb olur.

 

Təklif olunan mexanizmə əsasən, vergitutma obyektinin nəqliyyat vasitəsi deyil, xidmət göstərən icraçı şəxsin gəliri kimi müəyyənləşdirilməsi və fəaliyyətin platformalar və ya sifariş qəbul edən vasitəçilər üzərindən ödəniş mənbəyində 1 faiz dərəcə ilə vergiyə cəlb edilməsi daha ədalətli və dayanıqlı model formalaşdırır.

 

Bu yanaşma faktiki gəlir əsasında vergitutmanı təmin edir, sürücülər üçün inzibati yükü azaldır, nağdsız və izlənə bilən ödənişləri təşviq edərək şəffaflığı artırır və kölgə dövriyyəsini azaldır. Nəticədə, taksi xidmətləri bazarında bərabər rəqabət mühiti güclənir, vergi bazası genişlənir və büdcə daxilolmalarının sabitliyi təmin olunur.