Ermənistan və Qazaxıstan arasında nəqliyyat və logistika sahəsində əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub.
Tvit.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan və Qazaxıstan Baş nazirinin müavini, nəqliyyat naziri Asel Janasova arasında keçirilən görüşdə ticarət-iqtisadi əlaqələrin inkişafı və qarşılıqlı ticarət dövriyyəsinin genişləndirilməsi məsələlərinə toxunulub.
Qeyd edək ki, Ermənistan və Qazaxıstan multimodal yükdaşımaların təşkili sahəsində əməkdaşlıq edir. 2025-ci ilin oktyabrından etibarən iki ölkə arasında Çindən başlayan nəqliyyat marşrutu fəaliyyət göstərir.
Bundan əlavə, Qazaxıstan indiyədək iki dəfə Ermənistana TRIPP layihəsi vasitəsilə Orta Dəhlizə qoşulmağı təklif edib.