Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Böyük Britaniya Hindistana qarşı ikinci dərəcəli sanksiyalar tətbiq etmək istəmir - KİV
dünya

Böyük Britaniya Hindistana qarşı ikinci dərəcəli sanksiyalar tətbiq etmək istəmir - KİV

16-09-2025 23:00 36 Baxış
IMG

Böyük Britaniya hökuməti Rusiyaya təzyiq göstərmək məqsədilə Hindistanın Rusiya nefti almasına görə ona qarşı ikinci dərəcəli sanksiyalar tətbiq etmək istəmir.

 Tvit.az xəbər verir ki, bu barədə The Times qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, London Nyu-Dehliyə qarşı sanksiyaların zəruriliyinə şübhə ilə yanaşır. Çünki iyulun 24-də Böyük Britaniyanın baş naziri Kir Starmer və Hindistanın hökumət başçısı Narendra Modi ölkələr arasında azad ticarət sazişi imzalayıblar. Nəşr əlavə edib ki, Rusiya və onun əsas ticarət tərəfdaşlarına qarşı mümkün yeni məhdudiyyətlər Starmer və ABŞ prezidenti Donald Tramp tərəfindən sentyabrın 18-də Birləşmiş Krallıqda keçiriləcək ikitərəfli danışıqlarda müzakirə olunacaq.