Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Afrikada 717 milyondan çox insanın təmiz suya çıxışı yoxdur
dünya

Afrikada 717 milyondan çox insanın təmiz suya çıxışı yoxdur

28-10-2026 20:00 16 Baxış
IMG

Afrikada 717 milyon insanın kran suyundan istifadə etmək imkanı yoxdur. Bu, qitə əhalisinin təxminən yarısını təşkil edir.

 

Tvit.az xəbər verir ki, “Nature” elmi jurnalında dərc olunan araşdırmada 49 Afrika ölkəsinin 2010–2020-ci illəri əhatə edən məlumatları təhlil edilib. Nəticələrə görə, cəmi 642 milyon afrikalının kran suyu ilə təminatı var və onların əksəriyyəti böyük şəhərlərdə yaşayır.

 

Tədqiqat həmçinin göstərib ki, Afrikada ümumi su tələbatı 10 il ərzində 26% artaraq 274 kub kilometrdən 347 kub kilometrə yüksəlib. Su istehlakının təxminən 65%-i kənd təsərrüfatı və sənayenin, 17%-i isə ev təsərrüfatları və şəhər infrastrukturunun payına düşür.

 

Aysel Şirinova