Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Latviya Rusiyaya casusluq edən şəxsi saxladı
dünya

Latviya Rusiyaya casusluq edən şəxsi saxladı

17-09-2025 22:00 22 Baxış
IMG

Latviyada Moskvaya casusluqda şübhəli bilinən bir nəfər saxlanılıb. 

Tvit.az xəbər verir ki, bu barədə Latviyanın Dövlət Təhlükəsizlik Xidməti (DTX) məlumat yayıb.

Latviya xüsusi xidmət orqanının versiyasına görə, həmin vətəndaş ölkə ərazisində yerləşən hərbi obyektlərin yeri və onların təhlükəsizlik tədbirləri barədə məlumatları Rusiya kəşfiyyatına ötürüb. Bundan əlavə, o, “Latviyanın və digər Baltik ölkələrinin milli təhlükəsizliyi əleyhinə istifadə oluna biləcək digər məlumatların ötürülməsində” də şübhəli bilinir.

Məlumatda qeyd olunur ki, vətəndaşla bağlı “Riqada və onun ətrafında yerləşən dörd ünvanda” müəyyən prosessual hərəkətlər həyata keçirilib. Hazırda latviyalı güc strukturları ondan müsadirə olunmuş informasiya daşıyıcılarını təhlil edirlər.

O, istintaq aparıldığı müddətdə həbsə göndərilib. 

Aysel Şirinova