Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya ABŞ şəhərlərinin küçələrində 35 min hərbçi yerləşdirdi
dünya

ABŞ şəhərlərinin küçələrində 35 min hərbçi yerləşdirdi

18-09-2025 12:00 21 Baxış
IMG

ABŞ şəhərlərinin küçələrində yerləşdirilən amerikalı hərbçilərin sayı iyul ayından bəri 75% artaraq 35 min nəfərə çatıb. Onlar ölkə üzrə anti-immiqrasiya proqramlarında iştirak edirlər.

Tvit.az xəbər verir ki, bu "The Intercept" portalı məlumat yayıb. 

ABŞ prezidenti Donald Trampın qərarına əsasən, ən azı beş ştatın – Arizona, Kaliforniya, Nyu-Meksiko, Texas və Floridanın – bir sıra şəhərlərində Quru Qoşunlarının, Hərbi Dəniz Qüvvələrinin, Hərbi Hava Qüvvələrinin, Dəniz Piyadaları Korpusunun və Milli Qvardiyanın hərbçiləri yerləşdirilib.

Qvardiyaçıların sayı 2025-ci il yanvarın 20-dən bəri ABŞ ərazisində təxminən 23 866 nəfər olub.

Qeyd edilib ki, yerləşdirilən hərbçilərin real sayı rəsmi rəqəmlərdən xeyli yüksək ola bilər. 

Aysel Şirinova