Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Polşa yaxın vaxt ərzində sərhədi açacaq - Belarus
dünya

Polşa yaxın vaxt ərzində sərhədi açacaq - Belarus

19-09-2025 13:00 15 Baxış
IMG

Polşa hakimiyyəti bir həftə ərzində respublika ilə sərhədi açacaq. 

Tvit.az xəbər verir ki, bu barədə Belarus Dövlət Gömrük Komitəsinin sədri Vladimir Orlovski məlumat verib.

“Ola bilsin ki, bir həftə ərzində [sərhəddəki] vəziyyət həllini tapsın və Polşa biznesi Polşa hakimiyyətinin addımlarından zərər görməsin”, – deyə o, bildirib.

Orlovski Polşa sərhədinin bağlanması səbəbindən Belarusiyada qalan polşalı yük maşınlarının vəziyyətindən danışıb.

“Adi qaydada, sərhəd açıq olanda yük maşınları, o cümlədən polşalılar Belarus Respublikasının ərazisinə daxil olur. Burada yarımqoşquların dəyişdirilməsi və ya yüklərin Aİİ ölkələrinin nəqliyyat vasitələrinə boşaldılması həyata keçirilir. Polşa yük maşınları isə geri Polşaya qayıdır. Polşa tərəfi sərhədi bağladıqdan sonra isə, müvafiq olaraq, polşa yük maşınları geriyə, Polşaya qayıda bilmirlər”, – deyə o izah edib.

Aysel Şirinova