Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya ABŞ-ın daha bir dronu məhv edildi
dünya

ABŞ-ın daha bir dronu məhv edildi

30-10-2026 17:00 11 Baxış
IMG

Bu gün İslam İnqilabının Keşikçiləri Korpusunun (SEPAH) mətbuat xidməti ABŞ-yə məxsus pilotsuz uçuş aparatının (PUA) Hörmüz boğazının şərq hissəsində məhv edildiyini iddia edib.


Tvit.az xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb. 


Habelə, SEPAH-ın yaydığı bəyanatda Hörmüz boğazının cənub hissəsində keçid qaydalarını pozduğu iddia edilən iki tankerin dəniz minalarına düşdüyü və nəticədə hər iki gəmidə yanğın baş verdiyi bildirilib.


SEPAH xəbərdarlıq edərək bildirib: “İran Silahlı Qüvvələrinin nəzarətində olan ərazilərdə hər hansı hərəkət, müdaxilə və ya təxribat qətiyyətli və adekvat cavabla qarşılanacaq”.


Elmin Alışov