Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya SEPAH: Hörmüzdə neft tankerləri ələ keçirilib
dünya

SEPAH: Hörmüzdə neft tankerləri ələ keçirilib

30-10-2026 18:00 11 Baxış
IMG

Bu gün İslam İnqilabının Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazının cənub hissəsində iki neft tankerinin saxlanıldığını açıqlayıb.


Tvit.az SEPAH-ın məlumatına istinadən xəbər verir ki, tankerlərdən biri boğazın şərqində, digəri isə qərbində aşkarlanıb. 


İran tərəfi gəmilərin boğazdan qadağan olunmuş marşrutla keçməyə cəhd göstərdiyini iddia edir.


SEPAH bildirir ki, hər iki tanker naviqasiya və mövqetəyinetmə sistemlərini söndürərək, ABŞ hərbçilərinin dəstəyi ilə boğazdan çıxmağa çalışıb. Bir neçə radio xəbərdarlığına baxmayaraq, gəmilərin təhlükəli zonaya daxil olduğu və nəticədə insidentin baş verdiyi qeyd olunur. Daha sonra tankerlər boğazın cənub sahilləri yaxınlığında saxlanılıb. 


Elmin Alışov