Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya ABŞ İranın dəniz dronunu məhv etməsi barədə iddianı təkzib edib
dünya

ABŞ İranın dəniz dronunu məhv etməsi barədə iddianı təkzib edib

30-10-2026 22:00 19 Baxış
IMG

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın ABŞ-a məxsus pilotsuz dəniz gəmisini məhv etməsi barədə məlumatı təkzib edib.

 

Tvit.az xəbər verir ki, CENTCOM-un sosial şəbəkə hesabında bildirilib ki, Yaxın Şərqdə fəaliyyət göstərən bütün ABŞ pilotsuz dəniz gəmiləri, o cümlədən Hörmüz boğazında patrul xidməti aparan və müdafiə əməliyyatlarını dəstəkləyən qabaqcıl dəniz dronları fəaliyyətini davam etdirir.

 

Qeyd edək ki, İran Hərbi Dəniz Qüvvələri isə daha əvvəl Hörmüz boğazının şərqindəki əməliyyat zonasında hərəkət edən ABŞ-a məxsus pilotsuz dəniz gəmisini vuraraq məhv etdiyini açıqlamışdı.

 

Aysel Şirinova