İran prezidenti Məsud Pezeşkian sənaye və istehsal müəssisələrinin fəaliyyətinin dayanmasına imkan verməyəcəklərini bildirib.
Tvit.az bu barədə İran mediasına istinadın xəbər verir.
O, Tehranda qatıldığı tədbirdə istehsalın fasiləsiz davam etməsinin ölkə iqtisadiyyatı üçün prioritet olduğunu vurğulayıb.
Pezeşkian qeyd edib ki, müəssisələrin su, qaz və elektrik təchizatının kəsilməməsi üçün bütün imkanlar səfərbər ediləcək. O, istehsalın davamlılığını təmin etmək üçün hətta öz iş otağındakı elektrik enerjisinin kəsilməsinə və istiliyin minimuma endirilməsinə hazır olduğunu bildirib.
Elmin Alışov