Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Polis xeyli silah-sursat aşkarladı - Pulemyot da var
sosial

Polis xeyli silah-sursat aşkarladı - Pulemyot da var

06-12-2025 13:00 14 Views
IMG

Polis tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

"Tvit.az" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb. Dekabrın 5-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 avtomat silahı, 1 pulemyot və 2 tapança aşkar edib.

Bununla yanaşı, gün ərzində 2 qumbara, 2 alışdırıcı, 8 tüfəng, 7 patron darağı və 37 ədəd müxtəlifçaplı patron da aşkar edilərək götürülüb.