Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial NİİM müşahidə edilən hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib
sosial

NİİM müşahidə edilən hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib

09-12-2025 21:00 30 Views
IMG

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq sürücülərə müraciət edib.

 

Mərkəzdən Tvit.az-a verilən məlumata görə, müraciətdə Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirildiyi bildirilir.

 

"Bununla bağlı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib. Eyni zamanda bütün tablolarda "sürüşkən yol" işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir", - müraciətdə bildirilir.