Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Rusiyalı deputat Trampı Krıma dəvət etdi
dünya

Rusiyalı deputat Trampı Krıma dəvət etdi

09-12-2025 22:00 28 Views
IMG

Rusiya Dövlət Dumasının deputatı Leonid İvlev ABŞ Prezidenti Donald Trampı Krıma səfər etməyə və yarımadanın gözəlliyinə şəxsən əmin olmağa dəvət edib. 

Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

“Tramp əvvəllər dəfələrlə Krımın Ukraynaya qaytarılmasının mümkün olmadığını deyirdi və bu gün bunu bir daha təsdiqlədi. Bu cür qiymətləndirmələr krım sakinlərinə ABŞ prezidentini Krımın Cənub sahilində tamdəyərli istirahət etməyə dəvət etməyə tam əsas verir”, - deyə deputat bildirib.

O, siyasətçini Sudak və Yalta çimərliklərinə, Alupka və Livadiya saraylarına baxmağa, yerli əhali ilə ünsiyyət qurmağa çağırıb ki, öz mövqeyinin doğruluğuna bir daha əmin olsun.

Aysel