İranın xarici işlər naziri Misir və İordaniyadan olan həmkarları ilə ayrı-ayrılıqda telefon danışıqları aparıb.
Tvit.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.
Telefon danışıqları zamanı tərəflər regionda baş verən son hadisələri müzakirə ediblər.
Tərəflər, həmçinin regionda sabitliyin qorunması üçün siyasi məsləhətləşmələrin və diplomatik dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Aysel Şirinova