Tehranda İran, Çin və Səudiyyə Ərəbistanı arasında bu gün üçtərəfli danışıqların yeni raundu baş tutub.
Tvit.az-ın İran mediasına istinadla verdiyi xəbərə görə, bu, 2023-cü ildə Pekin sazişinin imzalanması və Tehran ilə Ər-Riyad arasında münasibətlərin bərpasından sonra keçirilən üçüncü görüşdür.
Birinci görüş Çində, ikinci isə Səudiyyə Ərəbistanında keçirilib. Hazırkı danışıqların əsas mövzularını normallaşma prosesinin möhkəmləndirilməsi, regional əməkdaşlığın genişləndirilməsi və Çinin Qərbi Asiya məsələlərində vasitəçi kimi artan rolu təşkil edib.
Bildirilib ki, üçtərəfli məsləhətləşmələrin davam etdirilməsi İran və Səudiyyə Ərəbistanı arasında münasibətlərdə sabit irəliləyiş olduğunu göstərir və Çinin böyüyən diplomatik rolunu vurğulayır.
Aysel Şirinova