Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Dövlət mülkiyyətində saxlanılacaq müəssisələrin siyahısı dəyişib
sosial

Dövlət mülkiyyətində saxlanılacaq müəssisələrin siyahısı dəyişib

10-12-2025 18:00 34 Views
IMG

Ortamüddətli dövr ərzində dövlət mülkiyyətində saxlanılacaq dövlət müəssisələrinin siyahısında dəyişiklik edilib.

 

Tvit.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov sərəncam imzalayıb.

 

Sərəncamla Heydər Əliyev adına İdman-Konsert Kompleksi, Olimpiya növləri üzrə Milli komandalar üçün Təlim-Məşq Mərkəzi MMC statusu alıb.

 

Bundan başqa, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin Futbol üzrə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin adı dəyişdirilərək Futbol üzrə İxtisaslaşdırılmış Uşaq-Gənclər Olimpiya Ehtiyatı Məktəbi, Gədəbəy Respublika Kompleks İdman Məktəbi Respublika Kompleks Uşaq-Gənclər İdman Məktəbi adlandırılıb.

 

Həmçinin Respublika Olimpiya Mərkəzi "Bakı Atletika Mərkəzi" MMC, Respublika Stend Atıcılığı üzrə İdman Kompleksi isə "Bakı Atıcılıq Mərkəzi" MMC kimi fəaliyyət göstərəcək.