Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Yuxu ilə bağlı geniş yayılmış fikri rusiyalı həkim təkzib ETDİ
sosial

Yuxu ilə bağlı geniş yayılmış fikri rusiyalı həkim təkzib ETDİ

10-12-2025 22:00 11 Views
IMG

Rusiyalı həkim səkkiz saat yatmaqla bağlı geniş yayılmış faktı təkzib edən mülahizə irəli sürüb. 

Tvit.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, həkim Toni Kanninqem optimal yuxu saatları barədə bu populyar mifin doğru olmadığını təkzib edib.

“Elə insanlar var ki, onlara əslində cəmi beş-altı saat yatmaq kifayətdir. Onların biologiyası və fiziologiyası onlara optimal şəraitdə bu qədər yatmağa imkan verir”, -deyə Kanninqem izah edib.

 Bununla yanaşı, bəzi insanların isə sutkada 11 saata qədər yatmağa ehtiyacı olduğunu o vurğulayıb.

Mütəxəssis qeyd edib ki, burada həlledici amil yaşdır.

"Məsələn, uşaqlar və yeniyetmələr adətən daha çox yatırlar. Bunun əksinə olaraq, yaşlı insanlar tam dincəlmiş hiss etmək üçün daha az saat yuxu ilə kifayətlənirlər", - deyə həkim bildirib.

Aysel Şirinova