Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Bu ölkədə hərbi xidmət müddəti uzadılacaq
dünya

Bu ölkədə hərbi xidmət müddəti uzadılacaq

11-12-2025 14:00 11 Views
IMG

Estoniya hökuməti 2027-ci ildən etibarən bütün çağırışçılar üçün hərbi xidmət müddətini 12 ay olaraq müəyyən etməyi planlaşdırır.

Tvit.az bu barədə  ölkənin Müdafiə Naziri Hanno Pevkurun təklif etdiyi qanun layihəsinə istinad olaraq məlumat verir.

Məlumata əsasən, hazırkı təlim sistemi, ixtisasdan asılı olaraq 8 və ya 11 ay xidmət imkanı verir, artıq lazımi səviyyədə təlim təmin etmir. Sənəddə göstərilir ki, təlimin həcmi və texniki mürəkkəbliyi artıb, qoşunlarda müasir silahlar və idarəetmə sistemləri tətbiq olunub.

Qeyd edək ki, Estoniyada ilin əvvəlində və ya yayda başlayan xidmət müddəti 11 aydır, payız çağırışçıları isə 8 ay xidmət edir. Bundan əlavə, Dəniz donanmasının hərbi qulluqçuları, zirehli bölmələr, mexanikləşdirilmiş nəqliyyat vasitələrinin sürücüləri, hərbi polis, siqnalçılar və informasiya texnologiyaları sahəsində mütəxəssislər, eləcə də kiçik və yüksək komandir vəzifələrinə hazırlaşan çağırışçılar üçün geniş müddət ayrılır.

Aysel Şirinova