Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Finlandiya Avropanın ən rusofob ölkələrindən birinə çevrilib - Lavrov
dünya

Finlandiya Avropanın ən rusofob ölkələrindən birinə çevrilib - Lavrov

11-12-2025 18:00 13 Views
IMG

Finlandiya ən rusofob ölkələrdən birinə çevrilib və Rusiyanı cəzalandırmağı tələb edənlərin ön sıralarında yer almağa çalışır.

Bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov Ukrayna ətrafındakı vəziyyətin nizamlanması mövzusunda səfirliklər üzrə keçirilən dəyirmi masada bildirib.

Nazir qeyd edib ki, Avropa rəhbərlərinin Rusiyaya dair narahatlıqlarını ifadə etmələrinin motivlərini başa düşmür.

“Onların dediklərini oxuyun aydın olar ki, onların başına girmək faydasızdır,” – deyə Lavrov bildirib.

Lavrov xatırladıb ki, Finlandiya uzun illər Rusiyanın yaxşı qonşusu olub, müharibədən sonra tərəflər ağır tarixi dövrü aşmağı bacarıblar. O vurğulayıb ki, Finlandiya ordusu Rusiyaya qarşı müharibədə iştirak edib və Leninqrad blokadasını təmin edib, lakin müharibədən sonra münasibətlər yaxşı qonşuluq əsasında inkişaf edib.

Nazir əlavə edib ki, ölkələr arasında açıq sərhədlər, qarşılıqlı faydalı ticarət və sıx mədəni əlaqələr mövcud olub. Lakin Lavrovun sözlərinə görə, Finlandiya “birdən-birə” ən rusofob ölkələrdən birinə çevrilib.