İran ilə Qazaxıstan arasında əməkdaşlığın genişləndirilməsinə dair ümumilikdə 14 Anlaşma Memorandumuna imza atılıb.
Tvit.az bu barədə İran mətbuatına istinadən xəbər verir.
Sənədlər nəqliyyat, tranzit və logistika, mədəniyyət, hüquqi yardım, səhiyyə, diplomatiya və media sahələrində qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsini nəzərdə tutur. İmzalama mərasimi İran və Qazaxıstan prezidentlərinin iştirakı ilə keçirilib.
Elmin Alışov