Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın Aşqabaddakı görüşü başa çatıb.
Tvit.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, geniş və dar tərkibdə keçirilən danışıqlar, eləcə də Pakistanın baş naziri Şahbaz Şərifin iştirakı ilə aparılan söhbətlər 1,5 saat davam edib.
Ərdoğanla danışıqların yekunundan sonra Putin Türkiyənin xarici işlər naziri Hakan Fidanla “ayaqüstü” söhbət edib.
Liderlər, xüsusilə, Ukrayna məsələsi üzrə geniş fikir mübadiləsi aparıblar, həmçinin Avropanın Rusiyanın dondurulmuş aktivlərini müsadirə etmək planını müzakirə ediblər.
Aysel Şirinova