Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Avropa İttifaqı dondurulmuş aktivlərin Rusiyaya ötürülməsini qadağan edib
dünya

Avropa İttifaqı dondurulmuş aktivlərin Rusiyaya ötürülməsini qadağan edib

12-12-2025 23:00 26 Views
IMG

 Avropa İttifaqı (AB) Avropada dondurulmuş suveren aktivlərinin Rusiyaya köçürülməsini qadağan edib.

Tvit.az xarici KIV-ə istinadla  xəbər verir ki, qadağa yalnız Ukraynadakı münaqişənin sonuna qədər deyil, həm də "Aİ-də iqtisadi vəziyyətin pisləşmə riski davam etdiyi müddətcə" qədər davam edəcək.

Sənəddə qeyd olunur ki, təsdiqlənmiş qayda Rusiya Mərkəzi Bankının Aİ-də bloklanmış aktivlərinin və ehtiyatlarının birbaşa və ya dolayı transferlərinə müvəqqəti qadağa qoyur.

Məhdudiyyətlər həmçinin Rusiya Mərkəzi Bankının adından və ya göstərişi ilə fəaliyyət göstərən hüquqi şəxslərə, təşkilatlara və ya strukturlara, o cümlədən Milli Sərvət Fonduna da şamil edilir.