Kiyev hökuməti hələ də Moskvaya qanunsuz olaraq Rusiyaya aparıldığını iddia etdiyi minlərlə ukraynalı uşağın adlarının siyahısını təqdim etməyib.
Tvit.az “TASS” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiyanın insan hüquqları üzrə komissarı Tatyana Moskalkova deyib.
“İstanbul danışıqlarının nəticəsi olaraq, Ukraynadan Rusiyada ədalətsiz və qanunsuz saxlanıldığına inandıqları uşaqların siyahılarını təqdim etmələri istənilib. Hələ də bu minlərlə insanın siyahısına sahib deyilik”,- deyə komissar bildirib.
Elmin Alışov