Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Ukraynanın İsraildəki səfirliyində istintaq aparılacaq
dünya

Ukraynanın İsraildəki səfirliyində istintaq aparılacaq

17-12-2025 13:00 16 Views
IMG

 Ukraynanın İsraildəki səfirliyində istintaq tədbirləri keçiriləcək.

Tvit.az xəbər verir ki, bu barədə Ukraynanın İsraildəki səfiri Korniychuk məlumat verib. 

Məlumata əsasən, Ukraynanın Milli Antikorrupsiya Bürosu istintaq tədbirləri keçirmək üçün İsrailə səfər edəcəklər.

 Onun sözlərinə görə, Ukrayna Xarici İşlər Nazirliyi diplomatik nümayəndəlikdən tədbirlərin keçirilməsi üçün otaq tələb edib, lakin bunun hansı işlə əlaqədar olacağı açıqlanmayıb.

Korniychuk əlavə edib ki, istintaqçıların dəqiq gəliş tarixi hələ müəyyənləşməyib, qeyd edib ki, bu tarix artıq iki dəfə təxirə salınıb.

Aysel Şirinova