Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Peskov: Kiyev Qərbdən pul almaq üçün hər cür hiyləyə əl atır
dünya

Peskov: Kiyev Qərbdən pul almaq üçün hər cür hiyləyə əl atır

26-12-2025 15:00 13 Views
IMG

Kiyev rejimi Qərb ölkələrindən maliyyə əldə etmək məqsədilə hər cür hiyləyə əl atır.

Tvit.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Administrasiyasının mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlama verib.

“Kiyevin Qərbdən pul almaq üçün hər cür hiyləyə əl atması birmənalı faktdır”, - deyə Kremlin nümayəndəsi Ukrayna Prezidenti Volodimir Zelenskinin müşaviri Mixail Podolyakın Ukraynanın seçkilərin keçirilməsi üçün vəsaiti olmadığına dair sözlərinin Kiyevin Qərbdən əlavə maliyyə almaq cəhdi olub-olmaması ilə bağlı suala cavabında bildirib.

“Kiminsə nəyi maliyyələşdirməli olduğu barədə danışmaq çətindir”, - deyə Peskov əlavə edib 

 

Aysel Şirinova