Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Azərbaycanda yeni ombudsman seçiləcək
sosial

Azərbaycanda yeni ombudsman seçiləcək

29-10-2026 10:00 19 Views
IMG

Oktyabrın 30-da Milli Məclisinin İnsan hüquqları komitəsinin iclası keçiriləcək.

 

Tvit.az xəbər verir ki, iclasın gündəliyinə bir məsələ daxil edilib.

 

Deputatlar "Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) seçilməsi haqqında" məsələni müzakirə edəcəklər.

 

Qeyd edək ki, Azərbaycan Respublikasında İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Azərbaycan Respublikasının Prezidentinin təqdim etdiyi 3 namizəd arasından Milli Məclis tərəfindən 83 səs çoxluğu ilə seçilir. Bu proses Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanunu ilə tənzimlənir.

 

Hazırkı ombudsman Səbinə Əliyevadır və o, bu vəzifəyə 2019-cu ilin noyabrında seçilmişdi.