Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya ABŞ və Yaponiya birgə raket istehsalına başlayacaq
dünya

ABŞ və Yaponiya birgə raket istehsalına başlayacaq

29-10-2026 17:00 25 Views
IMG

ABŞ və Yaponiya orta mənzilli müasir “hava-hava” tipli raketlərin Yaponiya ərazisində yerləşən müəssisədə birgə istehsalına dair razılığa gəliblər.

 

Tvit.az xəbər verir ki, bu barədə Yaponiyanın müdafiə naziri Sindziro Koizumi məlumat verib.

 

Nazir ABŞ-ın müdafiə naziri Pit Heqsetlə Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasına (ASEAN) üzv dövlətlərin müdafiə nazirlərinin illik toplantısı çərçivəsində keçirdiyi birgə mətbuat konfransında bildirib ki, “Operation Supercharge” proqramı çərçivəsində istehsal ediləcək raketlər F-35 qırıcı təyyarələri üçün nəzərdə tutulub.

Çin Xarici İşlər Nazirliyi isə Vaşinqton və Tokionun müdafiə sahəsində əməkdaşlığı gücləndirməsinə münasibət bildirib.

Çin XİN-in sözçüsü Qo Czyakun bəyan edib ki, ABŞ və Yaponiya arasında müdafiə əməkdaşlığı üçüncü ölkələrə qarşı yönəlməməli və onların maraqlarına xələl gətirməməlidir.

O, həmçinin beynəlxalq ictimaiyyəti bu məsələdə “son dərəcə ayıq-sayıq olmağa” çağırıb.