Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Almaniya XİN rəhbəri: “İran danışıqlar masasına oturmalıdır”
dünya

Almaniya XİN rəhbəri: “İran danışıqlar masasına oturmalıdır”

30-10-2026 21:00 12 Views
IMG

Almaniyanın xarici işlər naziri Yohan Vadeful İranı ABŞ ilə müharibənin dayandırılması və münaqişənin həlli üçün danışıqlara başlamağa çağırıb.

 

Tvit.az xarici mediaya istinadən xəbər verir ki, nazir G20 ölkələrinin əksəriyyətinin də bu mövqeyi dəstəklədiyini bildirib.

 

“G20-nin əksəriyyəti bizim fikrimizi bölüşür: İran danışıqlar masasına gəlməlidir”, – deyə Vadeful Almaniya Xarici İşlər Nazirliyinin sosial şəbəkə hesabında yazıb.

 

O, həmçinin husiləri hücumları dayandırmağa, Rusiyanı isə Qara dənizdə qlobal ərzaq təhlükəsizliyinə təhlükə yaradan hücumlara son qoymağa çağırıb.

 

Qeyd edək ki, G20 ölkələrinin xarici işlər nazirləri qlobal enerji qiymətlərinin kəskin artdığı bir vaxtda ABŞ-ın Corciya ştatının Atlanta şəhərində görüşə başlayıblar.

 

Aysel Şirinova