Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sport “Sabah” səfərdə “Turan Tovuz”a uduzdu
sport

“Sabah” səfərdə “Turan Tovuz”a uduzdu

30-10-2026 21:00 16 Views
IMG

Futbol üzrə Azərbaycan Premyer Liqasında X tura start verilib.

 

Tvit.az xəbər verir ki, açılış matçında “Turan Tovuz” doğma meydanda son çempion “Sabah”la üz-üzə gəlib.

 

Tovuz şəhər stadionunda keçirilən görüş ev sahiblərinin 3:2 hesablı qələbəsi ilə bitib.

 

Enrike Silva 28-ci, Joralem Santos isə 30 və 37-ci dəqiqələrdə rəqib qapısına yol tapıblar. “Sabah”ın heyətində Coy Lens Mikels 70-ci, Ksander Severina isə 87-ci dəqiqədə fərqlənib. Bu qələbədən sonra ehtiyatda bir oyunu qalan “Sabah” 20 xalla turnir cədvəlinin lideridir. Qərb təmsilçisi isə 10 matçdan sonra 18 xalla dördüncü pillədə qərarlaşıb.