Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Qazaxıstan bu ölkə ilə təhlükəsizlik və iqtisadiyyat sahələrində əməkdaşlığı genişləndirəcək
dünya

Qazaxıstan bu ölkə ilə təhlükəsizlik və iqtisadiyyat sahələrində əməkdaşlığı genişləndirəcək

05-11-2026 17:00 18 Views
IMG

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astanada rəsmi səfərdə olan İordaniya Kralı II Abdullah ilə görüşüb.

 

Tvit.az-ın xarici mediaya istinadla məlumatına görə, görüşdə ticarət-iqtisadi əlaqələrin inkişafı, investisiya, turizm, texnologiya və müdafiə sahələrində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.

 

Tokayev İordaniyanı Qazaxıstanın ərəb dünyasındakı etibarlı tərəfdaşı adlandıraraq, əldə edilmiş razılaşmaların icrasının vacibliyini vurğulayıb.

II Abdullah isə regional təhlükəsizlik, terrorizm və ekstremizmlə mübarizə sahələrində əməkdaşlığın gücləndirilməsində maraqlı olduqlarını bildirib.

Tərəflər, həmçinin terrorizmlə mübarizəyə həsr olunan beynəlxalq Əqəbə Prosesi çərçivəsində əməkdaşlığı müzakirə ediblər. Bildirilib ki, növbəti görüş Qazaxıstan və İordaniyanın birgə təşkilatçılığı ilə ilk dəfə Mərkəzi Asiyada keçiriləcək.