Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home turizm Bakı kollecdə qan töküldü: Tələbəyə 6 bıçaq zərbəsi vuruldu
turizm

Bakı kollecdə qan töküldü: Tələbəyə 6 bıçaq zərbəsi vuruldu

04-11-2026 15:00 9 Views
IMG

Bakı Humanitar Kollecində tələbə bıçaqlanıb.

 

Tvit.az "Bakupost"a istinadən xəbər verir ki, hadisə kollecin "Gənclik korpusu"nun həyətində qeydə alınıb.


Belə ki, iki tələbə arasında yaranan mübahisə zamanı onlardan biri digərinə 6 bıçaq zərbəsi endirib.

 

Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 17 yaşlı şəxs müəyyən edilərək saxlanılıb.


Faktla bağlı araşdırma aparılır.