Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Medvedev İlon Maskı Ukraynaya göstərdiyi yardıma görə tövbə etməyə çağırıb
dünya

Medvedev İlon Maskı Ukraynaya göstərdiyi yardıma görə tövbə etməyə çağırıb

06-11-2026 15:00 11 Views
IMG

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev amerikalı milyarder, “SpaceX” şirkətinin rəhbəri İlon Maskı Ukraynaya göstərdiyi yardıma görə tövbə etməyə çağırıb.

 

Tvit.az-ın xarici mediaya istinadla məlumatına görə, Medvedev bildirib ki, Mask Ukraynaya “Starlink” peyk rabitə sistemlərinin verilməsinin səhv olduğunu gec də olsa anlayıb.

 

Onun sözlərinə görə, müharibəni tənqid edən Mask özü də bu münaqişənin iştirakçısına çevrilib.

“İlon hər şeyi əvvəldən anlayırdı. Hətta trilyonçu belə Ağ Evdən və dövlətdən asılıdır. İndi isə onu nüfuzdan salıblar, hətta makkar­tizm dövründə Sovet İttifaqına casusluq etdiklərinə görə edam edilmiş Rozenberq cütlüyü kimi edam olunmasını təklif edirlər”, – deyə Medvedev qeyd edib.

O, Maskı ömrünün sonuna qədər “İuda” kimi yaşamamaq üçün Ukraynaya göstərdiyi yardıma görə tövbə etməyə çağırıb.

Qeyd edək ki, İlon Mask bu gün “SpaceX” şirkətinin Ukraynaya yardım göstərməsinin səhv qərar olduğuna dair paylaşımı öz hesabında yenidən yayımlayıb.

 

 

Aysel Şirinova,

Tvit.az