Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Aİ ölkələri Rusiyaya görə deyil, daxili problemlər səbəbindən "oyanırlar" - Dmitriyev
dünya

Aİ ölkələri Rusiyaya görə deyil, daxili problemlər səbəbindən "oyanırlar" - Dmitriyev

02-07-2025 23:00 36 Views
IMG

Aİ ölkələrinin “oyanması” Rusiyaya görə deyil, bu ölkələrdəki bir sıra daxili problemlərlə bağlıdır.

Tvit.az xəbər verir ki, bu fikri Rusiya Birbaşa İnvestisiya Fondunun (RFİF) rəhbəri Kirill Dmitriyev sosial şəbəkə istifadəçisinin Avropa ölkələrinin “prokreml yönümlü olma riskləri” ilə bağlı paylaşımına cavab olaraq bildirib.

Dmitriyev Aİ ölkələrinin “oyanmasının” səbəbləri kimi immiqrasiya problemlərini, iqtisadi durğunluğu, artan borc yükünü və müdafiə xərclərinin çoxalmasını göstərib.

Bundan əlavə, RFİF rəhbəri Avropa İttifaqı ölkələrindəki daxili problemlər sırasına gənclər arasında işsizliyi, elektrik enerjisinə yüksək xərcləri və Aİ ölkələrində senzuranın mövcudluğunu da daxil edib.