Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Rusiya BMT-nin bu təşkilatına üzv ola bilmədi
dünya

Rusiya BMT-nin bu təşkilatına üzv ola bilmədi

04-07-2025 11:00 21 Views
IMG

Rusiya BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) rəhbər orqanı olan Şuraya yenidən seçilə bilməyib.

Tvit.az xəbər verir ki, bu barədə Rusiyanın FAO və Romadakı digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyi məlumat verib.

Rusiyanın namizədliyi üzrə səsvermə FAO-nun keçirilən 44-cü sessiyası çərçivəsində səhərə yaxın başa çatıb.

“Rusiya 2027-ci ildə keçiriləcək növbəti Konfransda Şuraya qayıtmağa çalışacaq,” – deyə nümayəndəlik bəyan edib.

Qeyd edək ki, iki il əvvəl Rusiya kifayət qədər səs toplaya bilmədiyi üçün Şura tərkibindən çıxmışdı. Bu dəfə də Rusiya eyni sessiyada namizədliyini irəli sürüb.

Aysel Şirinova