Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Naxçıvanda yaşayış binasında yanğın - Sakinlər təxliyə olundu
sosial

Naxçıvanda yaşayış binasında yanğın - Sakinlər təxliyə olundu

05-08-2025 12:00 19 Views
IMG

Naxçıvan şəhər Əliabad qəsəbəsində yaşayış binasının zirzəmisində yanğın baş verib.

"Tvit.az" xəbər verir ki, məlumatla əlaqədar Naxçıvan şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin yanğından mühafizə bölmələri çağırış üzrə hadisə yerinə cəlb olunublar.

Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş təcili və təxirəsalınmaz tədbirlər sayəsində yanğın mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Təhlükəsizlik tədbirləri çərçivəsində 20-ə yaxın sakin təxliyəsi həyata keçirilib.