Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Bəzi yerlərə leysan yağıb - FAKTİKİ HAVA
sosial

Bəzi yerlərə leysan yağıb - FAKTİKİ HAVA

13-08-2025 11:00 20 Views
IMG

Azərbaycanda avqustun 13-ü saat 10:00-a olan məlumata əsasən əksər yerlərdə yağıntılı hava şəraiti müşahidə olunub, leysan xarakterli yağış yağıb, şimşək çaxıb.

Bu barədə "Tvit.az"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Düşən yağıntının miqdarı Şəkidə (Kişçay) 17, Zaqatala və Qaxda (Sarıbaş) 16 , Şahdağda 9, Balakəndə 8, Qrızda 7, Xınalıq, Gədəbəy, Lerik, Qəbələ, Quba, Tərtər, Mingəçevir, Beyləqan, Biləsuvar, İmişli, Ağdam, Qubadlı, Laçın, Şuşa, Xocalı, Xankəndi, Füzuli, Sabirabad, Cəfərxan, Neftçala, Şamaxı, Qobustan, Xaltan, Qusar, Oğuz, Daşkəsən, Tovuz, Ordubad, Şərur, Culfa, Naxçıvan, Yardımlı, Ağstafa, eyni zamanda Bakıda və Abşeron yarımadasında 3 mm-dək qeydə alınıb.

Avqustun 12-də Culfada şimal-qərb küləyi əsib. Küləyin maksimal sürəti arabir 21 m/s-dək güclənib.