Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Zaxarova: Polşa Belarusiyaya qarşı dağıdıcı mövqe tutub
dünya

Zaxarova: Polşa Belarusiyaya qarşı dağıdıcı mövqe tutub

15-09-2025 18:00 19 Просмотров
IMG

Varşava Belarusiyaya qarşı son dərəcə aqressiv və dağıdıcı mövqe tutur.

Tvit.az xəbər verir ki, bu sözləri Rusiya XİN nümayəndəsi Mariya Zaxarova deyib.

“Varşavanın son dərəcə aqressiv, həm də belə dağıdıcı mövqe tutması sadəcə qəzəb deyil, Belarusiyaya qarşı praktiki addımlara çevrilməsi məncə, artıq hamıya aydın və göz qabağındadır”, – deyə diplomat Polşa–Belarus sərhədinin bağlanması barədə danışarkən bildirib.

Zaxarova həmçinin vurğulayıb ki, son pilotsuz uçuş aparatı insidenti Varşavanın təxribatlar silsiləsinin bir hissəsidir:

“Nə qədər təxribat olub, bu, birincisi deyil, təəssüf ki, yəqin ki, sonuncu da olmayacaq”.

Aysel Şirinova