Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Zelenski Böyük Britaniya ilə “yüzillik saziş”in ratifikasiyası haqqında qanunu imzaladı
dünya

Zelenski Böyük Britaniya ilə “yüzillik saziş”in ratifikasiyası haqqında qanunu imzaladı

18-09-2025 12:00 22 Просмотров
IMG

Vladimir Zelenski Böyük Britaniya ilə “yüzillik tərəfdaşlıq sazişi”nin ratifikasiyası haqqında qanunu imzalayıb.

Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Məlumata əsasən, Ukrayna parlamenti “yüzillik saziş”in ratifikasiyasını dəstəkləyib. 

“Yüzillik saziş” yanvarın 16-da Böyük Britaniyanın baş naziri Kir Starmerin Kiyevə səfəri zamanı imzalanıb. Bildirilib ki, saziş Böyük Britaniyaya Ukrayna ərazisində faydalı qazıntılar hasil etməyə imkan verəcək.

Ukrayna rəsmilərinin məlumatına görə, imzalanmış saziş, xüsusilə, Kiyevə hər il ən azı 3,6 milyard dollar məbləğində hərbi yardım göstərilməsini, pilotsuz uçuş aparatları və artilleriya daxil olmaqla Ukrayna hərbi istehsalına investisiyaları, xüsusi birgə flotiliyalardan ibarət qüvvələrin yaradılmasını, texnologiya mübadiləsini nəzərdə tutur. Zelenskinin qeyd etdiyinə görə, sənəddə həmçinin gizli bəndlər də mövcuddur.

Aysel Şirinova