Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Onlar dövlət reyestrinə daxil edilərkən rüsum ödəyəcək
sosial

Onlar dövlət reyestrinə daxil edilərkən rüsum ödəyəcək

09-11-2026 13:00 9 Просмотров
IMG

Dövlət qeydiyyatından keçmiş hüquqi şəxslər, xarici hüquqi şəxslərin nümayəndəlik və filialları, eləcə də Azərbaycanda dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin nümayəndəlik və filialları dövlət reyestrinə daxil edilərkən müvafiq rüsum ödəməli olacaqlar.

 

Tvit.az Report-a istinadla xəbər verir ki, bu barədə "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" qanuna dəyişiklik layihəsində əks olunub.

 

Təklif edilən dəyişikliyə əsasən, dövlət reyestrində aparılan dəyişikliklər zamanı da rüsum tutulması nəzərdə tutulur.